Bank Of Baku

Goranboyun Faxralı kəndində texniki su təchizatı sistemi yenilənib

Goranboyun Faxralı kəndində texniki su təchizatı sistemi yenilənib
# 14 sentyabr 2016 15:38 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Bu gün Goranboy rayonunun Faxralı kəndində texniki su təchizatı sisteminin yenilənməsi layihəsi başa çatıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bununla bağlı keçirilən mərasimdə İqtisadi İnkişaf Nazirliyin təmsilçiləri, icra və bələdiyyə strukturlarının nümayəndələri, habelə ABŞ Beynalxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iştirak ediblər.

 

Müvafiq işlər USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində, yerli “Ümid” təşkilatı ilə əməkdaşlıq nəticəsində yerinə yetirilib.

 

Qeyd edək ki, 2877 nəfər sakini olan Faxralı kəndinin su təchizatı sistemi 45 il bundan əvvəl istismara verildiyindən çox pis vəziyyətdə olub. Problemi həll etmək üçün 50 tonluq yeni su çəninin quraşdırılması, yeni su boru xətlərinin çəkilməsi üçün 11600 metr xəndəklərin qazılması və 80 ədəd yolkənarı bulaq tikilib. Bu layihədən sonra 789 ailə su ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR