Tehran. Süleyman Fərzəliyev - APA. İran parlamenti Azərbaycanla İran arasında Marazad və Ordubad su elektrik stansiyalarının (SES) inşasına dair imzalanmış sənədi ratifikasiya edib.
APA-nın Tehran bürosunun məlumatına görə, iclasda iştirak edən 223 deputatlardan 180 nəfər lehinə, 9 nəfər isə əleyhinə səs verib.
Sənəd ötən ilin oktyabr ayında İran prezidenti Həsən Ruhani tərəfindən parlamentə təqdim edilib.