Bakı. Musa Əhmədov – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.