İstehlak Mallarının Ekspertizası Mərkəzində "Açıq qapı" günləri təşkil olunacaq.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, sahibkarlara dəstək məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinin və onun regional bölmələrinin inzibati binalarında "Açıq qapı" günləri təşkil ediləcək.
"Açıq qapı" günləri hər həftənin 3-cü günü saat 10:00-dan 17:00-dək, regional bölmələrin fəaliyyəti ilə bağlı yaranan məsələlərin həlli məqsədi ilə Abşeron və Lənkəran regional bölmələri üzrə mərkəzin inzibati binasında hər ayın son 5-ci günü, Quba-Xaçmaz regional bölməsi üzrə Xaçmaz şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala regional bölmələri üzrə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü saat 11:00-dan 15:00-dək olacaq.
"Açıq qapı" günlərinin keçirilməsinə məsul şəxslər:
|
№ |
Regional bölmənin adı |
Tədbirə məsul şəxs |
||
|
S.A.A. |
Vəzifə |
Əlaqə |
||
|
1. |
İstehlak Mallarının Ekspertizası Mərkəzi |
Qədirov Anar Zabil oğlu |
İstehlak Mallarının Ekspertizası Mərkəzi direktor müavini |
050 211 54 82 |
|
2. |
Abşeron regional bölməsi |
Fərəcov Elşad Fərəc oğlu |
Abşeron regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 311 71 34 |
|
3. |
Lənkəran regional bölməsi |
Babayev Telman Əliağa oğlu |
Lənkəran regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 318 75 18 |
|
4. |
Quba-Xaçmaz regional bölməsi |
Məmmədov Sahib Hətəm oğlu |
Quba-Xaçmaz regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 522 90 90[email protected] |
|
5. |
Gəncə-Qazax regional bölməsi |
Müseyibov Elşən Qubad oğlu |
Gəncə-Qazax regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 340 19 24 |
|
6. |
Aran regional bölməsi |
Əhmədov İlqar Cəbrayıl oğlu |
Aran regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 220 72 00 |
|
7. |
Şəki-Zaqatala regional bölməsi |
Səfərova Hicran Əli qızı |
Şəki-Zaqatala regional bölməsinin baş ekspert-bölmə müdiri |
050 489 67 47 |