Bank Of Baku

Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb
# 22 iyun 2017 07:41 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk şəhərindən Bakıya birbaşa aviareys açılıb. "APA-Economics" "Federal Press" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən marşrut üzrə ilk uçuşu iyunun 21-də "İrAero" aviaşirkəti yerinə yetirib.

 

Krasnoyarsk şəhərinin "Yemelyanovo" hava limanının mətbuat xidmətindən bildirilib ki, ilk aviareysə sərnişinlər tərəfindən tələbat 100% olub.
 

Bildirilir ki, bu marşrut üzrə aviareyslər oktyabr ayının 25-dək yerinə yetiriləcək.


"İrAero" Bakıya həftədə iki dəfə - çərşənbə və bazar günləri uçacaq. Krasnoyarskdan saat 18:50-də qalxan "Sukhoi Superjet 100" təyyarəsi Bakıya 20:00-da enib. Əks istiqamətdə uçuş vaxtına gəlincə, Bakıdan 21:30-da qalxan təyyarə Krasnoyarska 04:50-də enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR