“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin ləğvi prosesinə başlanılıb.
Ləğvetmə komissiyasından “APA-Economics”ə verilən məlumata görə, kreditorlardan 15 dekabr 2016-cı il tarixədək Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinə müraciət etmələri xahiş olunur.