Bank Of Baku

Kurık bərə kompleksi Xəzərdə yükdaşımanın həcminin artıracaq

Kurık bərə kompleksi Xəzərdə yükdaşımanın həcminin artıracaq
# 07 dekabr 2016 07:20 (UTC +04:00)

Qazaxıstanın Kurık bərə kompleksi istismara verilib.

 

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, ordan isə Avropaya daşınması mümkün olacaq.

 

Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 mln. ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması və qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud və yeni bərələrdən istifadə olunacaq.

 

“Bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilib. Aktau limanının yük aşırma imkanlarının məhdud olması və  eyni zamanda limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı Limanına daha yaxın məsafədə  yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq”, - deyə məlumatda vurğulanıb.

 

Kurık limanından ilk yola salınan gəmilərdən biri Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmiryolu vaqonları və sərnişin daşıyacaq.

 

Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərəsi Transxəzər Nəqliyyat  Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətə davamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında  daha 2 unikal Ro-Pax tipli gəmi-bərənin tikintisini Bakı Gəmiqayırma Zavodunda sifariş verib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də  çox böyük əhəmiyyətə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR