Ötən həftə "British Airways" aviaşirkətinə məxsus və London-Dehli reysi üzrə hərəkət edən "Boeing 777" markalı təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qəza enişi edib.
Limanın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəza enişinə səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin vəziyyətinin pisləşməsidir. "1953-cü il təvəllüdlü, Yunanıstan vətəndaşı Berri Edrisə (Berry Edris) Bakıda zəruri tibbi yardım göstərilib. O, Mərkəzi Gömrük Xəstəxanasında müalicə kursu keçib. Yaxın günlərdə onun müalicə kursu uğurla başa çatıb və B. Edris vətəninə göndərilib", - deyə limanın rəsmisi bildirib.