Bank Of Baku

Məlumat Hesablama Mərkəzi və "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb

Məlumat Hesablama Mərkəzi və "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb
# 30 noyabr 2016 15:15 (UTC +04:00)

Bakıda keçirilən "Bakutel-2016" sərgisi çərçivəsində Məlumat Hesablama Mərkəzi və "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb.

 

APA Economics” xəbər verir ki, müqaviləni "Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin (Açıq Açar İnfrastrukturunun) operatoru olan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıb.

 

Müqavilə "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar infrastrukturunun (PKİ) qurulması" layihəsi çərçivəsində xidmətlərin alınmasını nəzərdə tutur.

 

"Bununla da yeni nəsil şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin ediləcək ", - deyə E. Əsədov MHM-nin direktoru qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR