Bank Of Baku

Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabah açılır

Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabah açılır
# 14 dekabr 2016 07:06 (UTC +04:00)

Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabahdan açılacaq. Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb. "Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək", - deyə qurum rəsmisi bildirib.

 

Xatırladaq ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə etməli idilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR