Bank Of Baku

Nazir: “İKT sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”

Nazir: “İKT sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”
# 06 may 2017 11:55 (UTC +04:00)

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin kollektivi Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ulu öndərin xatirəsini anım mərasimi keçirilib.

 

Tədbirdə Heydər Əliyevi görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi xarakterizə edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə onun gərgin səyləri nəticəsində ölkəmizdə sabitliyin, sülh və əmin-amanlığın, siyasi islahatların, demokratikləşmə, iqtisadi yüksəliş və  sosial rifahın bərqərar olduğunu vurğulayıb. R.Quluzadə Heydər Əliyevin respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən nəqliyyatın inkişafına, yeni nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verdiyini bildirib. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində nəqliyyatla yanaşı, rabitənin də inkişafına xüsusi diqqət göstərdiyini qeyd edən nazir onun uzaqgörən siyasəti nəticəsində rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin müasir tələblər səviyyəsinə çatdırılması üçün geniş islahatlar aparıldığını bildirib.

 

“Onun rəhbərliyi nəticəsində dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparılıb, yük və sərnişin daşımalarında intensivlik artıb, daşımaların həcmi yüksəlib. Şəhər nəqliyyatı, metropoliten sürətlə inkişaf edib, yeni stansiyalar tikilib, sərnişin nəqliyyatı parkı yenilənib. Azərbaycan prezidenti İlham Əliyev bu sahəni prioritet elan etməsi və sahənin inkişafını daim diqqət mərkəzində saxlaması sayəsində biz də informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR