Bank Of Baku

Nazir: "Azad iqtisadi zona" haqqında qanun layihəsinin ekspertizası qısa müddətdə başa çatacaq"

Nazir: "Azad iqtisadi zona" haqqında qanun layihəsinin ekspertizası qısa müddətdə başa çatacaq"
# 08 iyun 2017 08:23 (UTC +04:00)

"2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yükdaşımaların həcmi 23% artıb". "APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən Azərbaycan - Avropa ittifaqı biznes forumunda deyib.


Onun sözlərinə görə, neft sektorunda daşımalar 21%, qeyri-neft sektorunda daşımalar 35% artıb. Ş.Mustafayev bildirib ki, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 46% artım müşahidə olunur.


Ş.Mustafayev ölkədə azad iqtisadi zonanın yaradılması məsələsinə də toxunub: "Azad iqtisadi zonanın yaradılması istiqamətində işlər davam edir. Artıq "Azad iqtisadi zona haqqında" qanun layihəsi, texniki iqtisadi əsaslandırma, baş plan hazırdır. Prezident İlham Əliyev tərəfindən sənədlərin ekspertizası ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiya qanunun yekun variantını ölkə başçısına təqdim etməlidir. Bu işlər qısa müddətdə başa çatacaq və sahibkarlar bu imkanlardan yararlana biləcək. Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR