"Qars-Iğdır-Dilucu-Naxçıvan dəmir yolu layihəsi Türkiyə üçün olduqca əhəmiyyətlidir". "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bir qolu olan Qars-Iğdır-Dilucu-Naxçıvan dəmir yolu vasitəsilə Şərqi Anadolu ərazisindən cənubda yerləşən bölgələrə getmək daha da asanlaşacaq.
"Biz bu dəmir yolu xətti Türkiyə üzərindən İran, Pakistan, Hindistana və Çinin cənubuna yüklərin daşınması baxımından vacibdir", - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, bu layihələrin reallaşması iqtisadi aktivliyə olduqca müsbət təsir edəcək.