Bank Of Baku

Nazir Ramin Quluzadə İsmayıllıda vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə İsmayıllıda vətəndaşları qəbul edəcək
# 02 may 2017 15:41 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbul mayın 5-də saat 12:00-da təşkil olunacaq.

 

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

 

İsmayıllı rayonunda                  020 2854444

Şamaxı rayonunda                   020 2651466

Qobustan rayonunda                020 2450122

Ağsu rayonunda                       020 2264499

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR