Bank Of Baku

Nazir Ukrayna yollarının inşasına Azərbaycan şirkətlərinin cəlb olunmasının tərəfdarıdır

Nazir Ukrayna yollarının inşasına Azərbaycan şirkətlərinin cəlb olunmasının tərəfdarıdır
# 15 mart 2017 06:48 (UTC +04:00)

Ukraynanın infrastruktur naziri Vladimir Omelyan Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri şahin Mustafayevlə görüşüb.


"APA-Economics" xəbər verir ki, V.Omelyan Azərbaycanın yol çəkilişi ilə məşğul olan şirkətlərinin Ukraynada fəaliyyətində maraqlı olduqlarını deyib. "Biz artıq yol inşası ilə məşğul olan Azərbaycan şirkətlərinin Ukraynada uğurlu fəaliyyətinin şahidi olmuşuq. Mən əminəm ki, bu il Azərbaycan şirkətləri beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə reallaşdırılacaq layihələrdə iştirak edə biləcək. Gələcəkdə isə Azərbaycan şirkətləri büdcədən maliyyələşmə ilə reallaşdırılacaq layihələrin icrasına öz töhfəsini verə biləcək", - deyə ukraynalı nazir vurğulayıb.


Qeyd edək ki, görüşdə dəmir və avtomobil yolları, eləcə də liman sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Bundan başqa, V.Omelyan qeyd edib ki, rəhbərlik etdiyi qurum üçün Ukrayna və Azərbaycan arasında tranzit daşımaların həcminin artırılması prioritet təşkil edir.

Ş.Mustafayev da həmkarı ilə razı olduğunu deyib: "Azərbaycan bu istiqamətdə əsas əlaqələndiricilərdən biridir. Biz marşrutun rahat, etibarlı və yükdaşımada rəqabətqabiliyyətli olması üçün birgə işlər görməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR