Bank Of Baku

Nazirlik daha 100 nəfər əlil şəxsi istirahətə yollayıb

Nazirlik daha 100 nəfər əlil şəxsi istirahətə yollayıb
# 05 iyun 2017 08:28 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan 100 nəfərdən ibarət  vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur. Nazirlik cari ilin yaz-yay mövsümündə 1 100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar.

 

Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR