Bank Of Baku

Nobel prospektində hərəkət bərpa olunub

Nobel prospektində hərəkət bərpa olunub
# 14 noyabr 2016 12:12 (UTC +04:00)

Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilib.

 

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Artıq ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.

 

Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi  yekunlaşıb. Hal-hazırda qalereyanın  mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir.

 

Bundan başqa, 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR