Bank Of Baku

Ötən ay Azərbaycanda yük və minik avtomobilləri istehsal edilməyib

Ötən ay Azərbaycanda yük və minik avtomobilləri istehsal edilməyib
# 18 fevral 2017 08:57 (UTC +04:00)

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 5,2 mln. manatlıq məhsul istehsal edilib.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 55,5% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,6% artıb.

 

 Ay ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların, fəvvarə armaturunun istehsalı olmayıb, ştanqlı quyu nasoslarının istehsalı 52% azalıb. Bununla yanaşı, hesabat dövründə 170 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR