2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1677,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadəyə verilmiş ümumi sahənin 78,6 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.
İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 mln. manat olub, onun 47,5 mln. manatı dövlət, 636,0 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.