Bank Of Baku

Pirallahıda Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub - YENİLƏNİB

Pirallahıda Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub - <span style="color: red;">YENİLƏNİB
# 11 may 2017 09:32 (UTC +04:00)

Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Dövlət başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxıblar.

 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib. 

 

Sonda xatirə şəkli çəkdirilib.

 

*** 10.18

 

Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

 

APA-nın xəbərinə görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Məlumat verilib ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan bu yol qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib və avtomobili idarə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR