Bank Of Baku

RYTN-də Ukrayna ilə “Elektron hökumət” sahəsində əməkdaşlıq müzakirə olunub

RYTN-də Ukrayna ilə “Elektron hökumət” sahəsində əməkdaşlıq müzakirə olunub
# 10 noyabr 2016 15:10 (UTC +04:00)

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanın “elektron hökumət” formalaşdırılması üzrə təcrübəsi ilə tanış olmaq üçün ölkəmizə səfər etmiş Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib.

 

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, Ukraynanın Elektron Hökumət Agentliyinin sədr müavini Aleksey Viskubun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı “Elektron hökumət” portalının fəaliyyətinin təşkili, “elektron imza”nın tətbiqi, həyata keçirilmiş layihələr barədə ölkəmizdəki təcrübə ilə əyani tanış olacaqlar.

 

Nazir müavini Elmir Vəlizadə görüşdə Azərbaycanın “elektron hökumət” təcrübəsi barədə qonaqlara məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

 

Daha sonra qonaqlar “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşə qatılıblar. Elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər, "elektron imza" infrastrukturu, əldə olunan nəticələr və gələcək perspektivlər barədə qonaqlara ətraflı məlumat verilib. “www.e-gov.az” portalı ilə  bağlı qonaqları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR