Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin sentyabrın 28-də Zeynalabdin Tağıyev qəsəbəsi, “Sumqayıt-Aşqarlar” zavodunun inzibati binasında ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Zavoddan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda illik hesabat, Mşühidə Şurası, İdarə Heyəti, Audit Komitəsinin yeni tərkibinin seçilməsi, nizamnaməyə dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb.