Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" MMC yaradılıb.
"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, MMC cari ilin aprelin 13-də dövlət qeydiyyatına alınıb.
Müəssisənin nizamnamə kapitalı 300 manatdır.
MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər Şirin oğludur.