Bank Of Baku

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası keçirilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası keçirilib
# 18 yanvar 2017 06:20 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun  inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.

 

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə Transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb. 

 

Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək  çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun  üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin Xəzər üzərindən keçməklə Avropaya, Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya və Çinə çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar.

 

Azərbaycan, Türkiyə, Gürcüstan,  Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi “Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri təmsil ediblər.   

 

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

 

Bu gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq  Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək. İclasda Assosiasiyanın cari il üçün iş planı təsdiq olunacaq.

 

Xatırladaq ki, 2016-cı ilin  oktyabrında  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna   hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR