Bank Of Baku

Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat  Marşrutunun imkanlarının genişləndirilməsində maraqlıdır

Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat  Marşrutunun imkanlarının genişləndirilməsində maraqlıdır
# 25 aprel 2017 15:50 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Ukrayna səfiri Aleksandr Mişşenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirova APA-ya bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C. Qurbanov deyib ki, bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Həmin marşrut üzrə ilk  sınaq konteyner qatarı 2015-ci ildə fəaliyyətə başlayıb. Çin, Qazaxıstan,  Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yaranan  marşruta sonra Ukrayna da qoşulub. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

 

C. Qurbanov Cənub-Qərb Nəqliyyat Dəhlizindən də söz açıb. Onun sözlərinə görə, bu dəhliz Avropa İttifaqı ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaq. 

 

Sonra Ukrayna-Azərbaycan əməkdaşlığının cari vəziyyətinin və BTNM çərçıvəsində əməkdaşlığın  dərinləşdirilməsi üçün atılan praktik addımların müzakirəsi aparılıb. Ukrayna səfiri A. Mişşenko Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsində, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsininin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat  Marşrutunun imkanlarının daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR