Bank Of Baku

Vüsal Kərimli: “Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 1200-dən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib”

Vüsal Kərimli: “Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 1200-dən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib”
# 21 dekabr 2016 08:49 (UTC +04:00)

“Yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı görülən işlər çərçivəsində avtobus dayanacaq məntəqələri araşdırılıb, 1200 ədəddən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib”.

 

APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.

 

Onun sözlərinə görə, məntəqənin ünvanını, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələrini, onların keçdiyi dayanacaq məntəqələrinin adlarını, intervallarını, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtını özündə əks etdirən yeni avtobus dayanacaq lövhələri tərtib edilərək 75 məntəqədə yerləşdirilib.

 

V.Kərimli əlavə edib ki, “Koroğlu” metro stansiyasının yaxınlığındakı nəqliyyat mübadilə mərkəzində 15 ədəd avtobus dayanacaq pavilyonunun yerləri müəyyənləşdirilərək quraşdırılır.

 

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma və abadlaşdırma işlər çərçivəsində yol infrastrukturunun layihəsi ilə əlaqədar tərəfimizdən mütəmadi olaraq müvafiq dövlət qurumları podratçı təşkilatlara birlikdə müzakirələr aparıb, həmin əraziyə aid statistik məlumatları araşdıraraq təqdim edilib və təkliflər verilib. Eyni zamanda, agentlik tərəfindən “Sovetski” ərazisində salınan yeni yollarda yol hərəkətinin təşkili məqsədilə 2 svetofor obyektinin, 11 avtobus dayanacaq məntəqəsinin və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyənləşdirilib. Bakı şəhərində yerləşən piyada keçidləri araşdırılıb, ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan svetoforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundan əlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”, - V. Kərimli vurğulayıb.

 

O əlavə edib ki, Bakıda yerləşən avtobus dayanacaq məntəqələri araşdırılıb 714 dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib: “Mütamadi olaraq, vətəndaşların müraciətlərinə əsasən əraziyə baxış keçirilərək olan avtobus dayanacaq məntəqələrinin quraşdırılmasına ehtiyac olan yerlər müəyyən edilərək, avtobus dayanacaq nişanını, məntəqənin ünvanını, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələrini,onların keçdiyi dayanacaq məntəqələrinin adlarını, intervallarını özündə əks etdirən yeni 75 məntəqədə avtobus dayanacaq lövhələri ilə təmin edilib. “Koroğlu” metro stansiyasının yaxınlığında təşkil edilmiş nəqliyyatın mübadilə mərkəzində sərnişinlərin rahatlığı üçün 15 ədəd avtobus dayanacaq pavilyonunun yerləri müəyyənləşdirilərək quraşdırılıb. Bununla bərabər “Dərnəgül”, “28 May”, “Avtovağzal” metro stansiyaları və Lökbatan dairəsinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulmuş nəqliyyatın mübadilə mərkəzlərində yol hərəkətinin təşkilinin texniki vasitələrinin yerləri müəyyənləşdirilib. Bundan əlavə, Bakı şəhərində yol nişanlarının vəziyyətinin təhlil edilməsi istiqamətində “Səməd Vurğun” küçəsində monitorinq keçirilərək yol hərəkətinin təşkilində çatışmazlıqlar qeydə alınıb”.

 

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma və abadlaşdırma işləri çərçivəsində Agenlik tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birlikdə müzakirələr aparılıb, həmin əraziyə aid statistik məlumatlar araşdırılaraq təkliflər verilib. Eyni zamanda, agentlik tərəfindən “Sovetski” ərazisində salınan yeni yollarda yol hərəkətinin təşkili məqsədilə 2 svetofor obyektinin, 11 avtobus dayanacaq məntəqəsinin və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyənləşdirilib.  Bundan əlavə, abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar “Mirzəağa Əliyev”, “Abdulla Şaiq”, “Zülfi Adıgözəlov”, “Mustafa Sübhi”, “Mirzə Fətəli Axundov” və “Murtuza Muxtarov” küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıldığından “Çingiz Mustafayev” küçəsində hərəkət istiqaməti dəyişdirilərək “Nəriman Nərimanov” küçəsi istiqamətində birtərəfli təşkil edilib. Bununla paralel istiqamətdə “Təbriz” küçəsi ilə “Koroğlu Rəhimov” küçəsinin kəsişməsində,“Bakı Konqress Mərkəzi”nin ərazisində yeni inşa ediləcək parkın yaxınlığında sərnişinlərin rahatlığının təmin etmək üçün “cib” tipli avtobus dayanacaq məntəqəsinin sxemi işlənib, podratçı şirkət tərəfindən layihəyə əlavə edilərək inşa edilib. Yeni inşa edilmiş “Xəlil Rza Ulutürk” küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin birbaşa körpünün üzərinə daxil olaraq sıxlıq yaratmalarının qarşısının alınması məqsədilə qeyd edilən ərazidə bordürün inşa edilməsi ilə əlaqədar agentlik tərəfindən irəli sürülmüş təklif müvafiq qurumlar tərəfindən tərəfindən icra edilib, pik saatlarda yaranan sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin orta hərəkət sürətində 10 km/saatdan çox artım qeydə alınıb.

 

“Ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması, o cümlədən, yol nişanları quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermirdi. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilərək müvafiq icazə olmadan qurşadırılmış yol nişanlarının çıxarılması təmin edilib. Bakı şəhərində günün pik saatlarında yaranan nəqliyyat sıxlığınının aradan qaldırılması məqsədilə dövlət qurumlarında iş vaxtının başlama saatlarının dəyişdirilməsi ilə əlaqədar təklif layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”, - deyə V.Kərimli vurğulayıb.

 

Eyni zamanda, Bakı şəhərində yerləşən piyada keçidləri araşdırılaraq ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Əlavə olaraq “Abbasqulu Ağa Bakıxanov” küçəsinin “Səməd Vurğun” küçəsi ilə və “28 May” küçəsinin “Azadlıq” küçəsi ilə kəsişməsi üçün “İdeal yol ayrıcı” layihəsi hazırlanıb. Layihə üzrə kəsişmədə fiziki qüsurlu insanların rahat hərəkəti üçün pandus, istiqamət (ünvan) göstərici məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR