Bank Of Baku

Xətaidə daha bir küçə təmir olunub

Xətaidə daha bir küçə təmir olunub
# 14 noyabr 2016 14:18 (UTC +04:00)

Xətai rayonu Cavanşir küçəsində təmir işləri son çatıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən küçənin uzunluğu 1 300 metr, ortalama eni isə 12,5 metrdir.

 

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2 500 paqon-metr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcud olanların isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilib.

 

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min kvadratmetr sahə asfaltlanıb.

 

Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR