Bank Of Baku

Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi alıb

Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi alıb
# 11 may 2017 09:39 (UTC +04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb. "APA-Economics" xəbər verir ki, "GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.

 

Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.
 

Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR