Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
*
Saat 11:00
Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”, - deyə məlumatda vurğulanıb.