Bank Of Baku

Yevgeni Kasperski: "Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük əhəmiyyət verir"

Yevgeni Kasperski: "Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük əhəmiyyət verir"
# 24 iyun 2017 10:22 (UTC +04:00)

Azərbaycanda səfərdə olan "Kaspersky Lab" şirkətinin təsisçisi və baş direktoru Yevgeni Kasperski bir sıra rəsmi şəxslərlə görüşəcək.

 

"APA-Economics" xəbər verir ki, bu barədə şirkət rəhbəri yerli KİV nümayəndələri ilə nahar zamanı deyib.

 

Bu gün Y.Kasperski təhsil naziri Mikayıl Cabbarovla görüşəcək. "Görüş çərçivəsində təhsil sektorunda kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq", - deyə o bildirib.

 

Şirkət rəhbəri əlavə edib ki, sabah SOCAR və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə fikir mübadiləsi aparacaq: "Biz adıçəkilən qurumlarla sıx əməkdaşlıq etmək niyyətindəyik. Buna görə, görüş çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Maraqlı bir məqam var. Ölkə başçısı İlham Əliyev kibertəhlükəsizlik sahəsinə olduqca böyük əhəmiyyət verir. Sevindiricidir ki, prezident Əliyev bu sahədə hansı ssenarilərin baş verə biləcəyini yaxşı anlayır. Buna görə, prezident bizim SOCAR cə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə əməkdaşlıq etməyimizi istəyir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR