Bank Of Baku

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
# 22 oktyabr 2016 10:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində görülmüş işlərin davamı olaraq yolda hərəkətin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu gün “Azəravtayol ASC” tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirildiyindən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

 

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR