ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2018 21:03 (UTC +04:00)

ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “WCJB” telekanalı ABŞ Hərbi-Hava Qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

Bundan əvvəl KİV-lərdə 2 nəfərin öldüyü bildirilirdi. İnsident Corciya ştatının Savanna şəhəri yaxınlığında qeydə alınıb.

***

21:45

ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 2 nəfər ölüb. İlkin məlumata əsasən, qəza zamanı təyyarənin göyərtəsində 5 nəfər olub.

İnsidentin təlim uçuşu zamanı baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR