Sumqayıt sakinlərindən külli miqdarda narkotik və soyuq silahlar götürülüb

Sumqayıt sakinlərindən külli miqdarda narkotik və soyuq silahlar götürülüb
# 12 mart 2016 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin satışını həyata keçirən şəxslər zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qr heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qr heroin aşkar edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qr heroin və 3 kq 105 qr marixuana götürülüb.

Saxlanılan şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı isə əlavə olaraq soyuq silah hesab olunan bıçaq və beşbarmaqlar, narkotik vasitələrin satışını həyata keçirmək üçün istifadə etdikləri elektron tərəzilər və inyeksiyalar da aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR