"Bank of Baku" Mərkəzi Bankdan 40 mln. manat kredit alıb

"Bank of Baku" Mərkəzi Bankdan 40 mln. manat kredit alıb
# 02 may 2016 11:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin I rübündə 591 mln. 354,33 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,88% azdır.

APA-Economics”in məlumatına görə, hesabat dövründə bankın kredit portfeli 37,79% azalaraq 386 mln. 634,49 min manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 28,40% azalaraq 328 mln. 759,91 min manata bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 29,6% azalaraq 85 mln. 623,61 min manata düşüb. Bankın məcmu kapitalının adekvatlıq əmsalı 19,51% təşkil edib ki, bu da normadan 7,51% çoxdur. Nizamnamə kapitalı isə dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

Hesabat dövründə “Bank of Baku” Mərkəzi Bankdan 40 mln. manat kredit alıb. 2016-cı ilin aprelin 1-ə bankın cəmi öhdəlikləri 518 mln. 822,22 min manata bərabər olub.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət göstəricisi açıqlanmayıb. Amma bankın bölüşdürülməmiş xalis mənfəəti 8 mln. 399,37 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR