Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb
# 04 avqust 2016 11:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 2-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Kəmalə Xudatovanın evindən 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Lətif Məhərrəmov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR