Deputat İsmayıllıda qəbul keçirib

Deputat İsmayıllıda qəbul keçirib
# 04 fevral 2016 09:15 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov fevralın 3-də seçicilərini qəbul etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, 50-ə yaxın sakinin iştirak etdiyi qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub.

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən məişət problemləri və sosial yönümlü məsələlərdən ibarət olub.

Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR