Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb - FOTOSESSİYA

Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 05 oktyabr 2015 12:15 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 100-ə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.

Yarışın sonunda qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “FHN” komandası I, “Şəki A.M.A” komandası II, “Gömrükçü” komandası isə III yerə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR