Çində qasırğa 1000-ə qədər evi dağıdıb

Çində qasırğa 1000-ə qədər evi dağıdıb
# 10 iyul 2016 10:24 (UTC +04:00)

Bakı-APA. Çinin Futszyan əyalətində Neypartak qasırğası minə yaxın evi dağıdıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakətlə əlaqədar əyalətdə 5 aeroportun işi dayandırılıb, 400-ə yaxın aviareys ləğv edilib.

Eyni zamanda 5 min avtobus və 341 sürət qatarı marşruta çıxmayıb. Hazırda Tayvan adası ilə hava və dəniz əlaqəsi dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR