Siyəzəndə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Siyəzəndə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 03 oktyabr 2016 19:25 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.

Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir qızı və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR