“Unibank” müəllimlərə 10 min manatadək kredit təklif edir

“Unibank” müəllimlərə 10 min manatadək kredit təklif edir
# 05 oktyabr 2015 10:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Eonomics. “Unibank “ 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün təhsil işçiləri üçün xüsusi kampaniya keçirir.

Bankdan “APA-Economics”ə verilən cəbərə görə, oktyabrın 14-dək “Unibank” filiallarına müraciət edən təhsil işçiləri 10 000 manatadək və 3 ilədək müddətə 0% komissiyalı kredit əldə edə bilərlər.

Kampaniya çərçivəsində götürülən hər 500 manat kredit üçün aylıq ödənişlər 20 manatdan başlayır. Üstəlik kampaniya dövründə müəllimlərə “Albalı plus” kartları pulsuz veriləcək.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, www.twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR