Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 07 noyabr 2015 15:58 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, onlar 22 yaşlı Sənan Əsbərli və 18 yaşlı Tofiq Əlizadədir. Gənclərin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

*** **** ****

17.58

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin yeni Gəncə qəsəbəsində “Hyundai” markalı avtomobillə “VAZ - 2106” markalı avtomobilin toqquşması nəticəsində “VAZ” da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR