Bakıda “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri" mövzusunda konfrans başlayıb

Bakıda “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri" mövzusunda konfrans başlayıb
# 05 aprel 2016 09:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakıda “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri mövzusunda beynəlxalq elmi-praktik konfrans başlayıb.

APA-Economics”in məlumatına görə, konfransdan əvvəl Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov Palatanın yaradılmasının 20 illiyi ilə əlaqədar prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

V. Novruzov ölkədə auditor xidmətinin tətbiqi və inkişafı istiqamətdə görülən tədbirlərdən danışıb. Onun sözlərinə görə, Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olub və üzərinə düşən vəzifələri icra edib: “Auditorlar Palatası 30-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalayıb və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (İFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu audit və mühasibatlıq qurumlarına tam hüquqlu üzv qəbul olunub. Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan vəzifələrin öhdəsindən layiqli gələcək”.

Qeyd edək ki, konfransda 20-yə yaxın xarici ölkənin müvafiq audit və mühasibatlıq qurumlarının təmsilçiləri, beynəlxalq peşəkar təşkilatların nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR