Azərbaycan və Çin Ali məhkəmələri arasında memorandum imzalanıb

Azərbaycan və Çin Ali məhkəmələri arasında memorandum imzalanıb
# 17 mart 2016 06:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan Ali Məhkməsinin sədri Ramiz Rzayev Pekində Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin sədri Çjou Çyanla görüşüb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkənin Ali məhkəmələri arasında əməkdaşlığın inkişafı ilə bağlı qarşılıqlı memorandum imzalayıb.

Qeyd edək ki, Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti martın 15-də Çinə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR