Rusiyada yanğın söndürülməsi zamanı yoxa çıxan təyyarənin bütün ekipaj üzvlərinin meyiti tapılıb

Rusiyada yanğın söndürülməsi zamanı yoxa çıxan təyyarənin bütün ekipaj üzvlərinin meyiti tapılıb
# 04 iyul 2016 08:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyanın İrkutsk vilayətində qəzaya uğramış İl-76 təyyarəsinin bütün ekipaj üzvlərinin meyiti tapılıb.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Sibir Regional Mərkəzinin rəisi Sergey Didenko bildirib ki, bütün gecə aparılan axtarışlar nəticəsində daha 2 heyət üzvünün meyiti tapılıb, beləliklə heyət üzvlərinin hamısının meyitləri aşkar edilib.

Hazırda hadisə yerində məhkəmə-tibbi ekspertiza işləyir. Əvvəlcə meyitlərin İrkutsk şəhərinə, sonra isə Sankt-Peterburqa aparılması planlaşdırılır.

Xatırladaq ki, FHN-ə məxsus İl-76 təyyarəsi iyulun 1-də meşə yanğınlarının söndürülməsi zamanı yoxa çıxıb. Göyərtəsində 10 nəfər olan təyyarənin qalıqları iyulun 3-də dağın ətəyində aşkarlanıb.

Qeyd edək ki, ərazidə meşə yanğınları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR