Qaxda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Qaxda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib
# 15 oktyabr 2015 20:28 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i axşam saat 18 radələrində rayonun Əlibəyli kənd sakini, 1938-ci il təvəllüdlü Güldan Nosu qızı Darxaşvili zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 77 yaşlı Güldan Darxaşvili mərhum qardaşının il mərasimi keçirilən məclisdə araq əvəzinə bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Güldan Darxaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR