Hacıqabulda mənzildən oğurluq edilib

Hacıqabulda mənzildən oğurluq edilib
# 11 fevral 2017 10:38 (UTC +04:00)

Hacıqabul rayonunda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fefralın 10-da Hacıqabul şəhərində Şəhla Nəzərovaya məxsus mənzildən oğurluq edilib. Hacıqabul rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər 2 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Ağayev Müşviq Eynulla oğlu və Bakı sakini, 1994-cü il təvəllüdlü Cəfərov Orxan Yamən oğlu saxlanılıb.

Adı çəkilən şəxslər mənzildən ümumilikdə 1000 manatlıq ev əşyaları oğurlayıb və sonradan onları satıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR