Komitə sədri: "Gələn il 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə veriləcək"

Komitə sədri: "Gələn il 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə veriləcək"
# 30 dekabr 2019 14:23 (UTC +04:00)

Gələn il Bakı, Sumqayıt və Azərbaycanın digər rayonlarında 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi tikilib istifadəyə veriləcək.

APA-nın qərb bürosunun verdiyi xəbər görə, bunu jurlanistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Komitə sədri qeyd edib ki, uzun illər məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət tərəfindən çox mühüm işlər aparılıb: “Artıq 300 mindən artıq insan müasir qəsəbələrdə yerləşdirilib. Bu proses davam etdirilir”.

R.Rzayev həmçinin bildirib ki, bu işləri görmək üçün dövlət tərəfindən hər il xeyli miqdarda vəsait ayrılır: “İşlərimiz hələ başa çatmayıb. Məcburi köçkünlərin hamısının yeni evlərlə təmin edilməsi istiqamətində işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR