Toyda dayısı oğlunu öldürən şəxsə hökm oxunub

 Toyda dayısı oğlunu öldürən şəxsə hökm oxunub
# 19 mart 2015 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısı oğlunu öldürməkdə təqsirli bilinən Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Saleh Hacıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S. Hacıyevin barəsində olan cinayət işi Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsindən 123.2 (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsi ilə tövsif edilib.

Qeyd edək ki, ötən il Xaçmazda şadlıq evlərindən birində keçirilən toy zamanı qohumlar arasında dava baş verib. Saleh Hacıyev dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Yıxılaraq başı pilləkənə dəyən R. Xeyrullayev ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR