İ. İsmayılov APA-ya bildirib ki, sədri olduğu Ədalət Partiyasından namizədliyini yenidən irəli sürəcək.
R. Musabəyov da APA-ya yenidən deputat olmaq arzusunda olduğunu və növbəti seçkilərdə də namizəd olacağını açıqlayıb.
Qeyd edək ki, İ. İsmayılov artıq üç çağırışdır, parlamentin üzvüdür. O, hazırda 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini Milli Məclisdə təmsil edir. R. Musabəyov isə 2010-cu ildə 18 saylı Nərimanov - Nizami seçki dairəsindən deputat seçilib.