Azərbaycan Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının turizm sahəsi üzrə reytinqinə daxil olub

Azərbaycan Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının turizm sahəsi üzrə reytinqinə daxil olub
# 11 iyun 2015 15:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ICCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə hər il dərc olunan reytinqinə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməli və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

Azərbaycan ICCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və görüşlər assosiasiyasının iclaslarının keçirilməsi üzrə hazırlanan reytinqində 79-cu yeri tutub.

Region ölkələri arasında Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub.

Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir.

Şəhərlər üzrə reytinqdə isə Bakı Kann, Luzern, Verona, Tiflis, Tel-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR